“Uşaqlığın son gecəsi”ndə azan oxuyan kimdir? 

13:58 22.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Uşaqlığın son gecəsi” filmində (1968) yaddaqalan bir səhnə var.

Hafta.az xəbər verir ki, həmin epizodda radioda azan səslənir.

Filmin personajlarından biri olan nənə Murada namaz vaxtının yaxınlaşdığını deyir və azana görə radionu açmağı xahiş edir. Zarafatcıl və el arasında "itoynadan" kimi səciyyələndirilən tipdən olan gənc oğlan isə cihazı divan şeirinin səsləndirildiyi verilişə kökləyir.

Muradın "səhv"ini digər personaj - Rüstəm düzəldir. O, radionu azana kökləyir.

Maraqlı budur ki, sovet dövründə radio və televiziyada heç vaxt ibadətə çağırış səsləndirilməyib. Bəs bu müəzzin kimdir? 

Mərhum rejissor Arif Babayevin bu səhnəni necə çəkdiyi axirətə aparılmış sirdir. Çünki filmdə dalğası tutulan əslində, Azərbaycan deyil, İran radiosudur. Azan oxuyan isə mərhum Şeyx Məhəmməd Aqatidir. O, Xorasanlı ruhani, Quran qarisi və müəzzin idi.

Şeyx Ağati ötən əsrdə oxunan ən məşhur azanlardan birinin müəllifidir. Bu azanların tonu, səsi və Şur muğamının təməlində oxunur. Onun müəzzinliyi hələ o dövrdə Tehran Radio Studiyasında 3 dəfə sənədləşdirilib./yenisabah/